“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi

“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
PREMYER LİQA 18 Sentyabr 2026 / 21:35 11187
-  A +

Bu gün Misli Premyer Liqasının 6-cı tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşıb. Bu, "Neftçi" üçün əlamətdar oyun olub. Çünki bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçı kimi tarixə düşüb. Görüşdə paytaxt təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Digər oyunda isə “Qarabağ”  "Şəfa”nı qəbul edib. Matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

18 sentyabr (cümə)

19:45. “Qarabağ” - “Şəfa” - 1:0 

Qol: Marko Yankoviç, 61-pen.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov, Kamranbəy Rəhimov (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu

17:30. “Qəbələ” - “Neftçi” - 0:3 

Qollar: Breno Almeyda, 25 (0:1), A.Akinyemi, 86 (0:2), Lyubomir Tupta, 90+2 (0:3)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov Tural Qurbanov (VAR), Asiman Əzizli (AVAR)
Qəbələ şəhər stadionu

19 sentyabr (şənbə)

17:30. “Turan Tovuz” - “Zirə”
19:45. “Sabah” - “İmişli”

20 sentyabr (bazar)

16:30. “Şamaxı” - “Araz-Naxçıvan”
19:00. “Kəpəz” - “Sumqayıt”

Bombardirlər

1. Breno Almeyda (“Neftçi”) - 7 qol
2. Coy-Lens Mikels (“Sabah”) - 4 qol
3. Dioqo Almeyda (“İmişli”) - 2 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner