“Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirik" - Dambrauskas

“Mançester Yunayted”lə oyunu səbirsizliklə gözləyirik" - Dambrauskas
ÇEMPİONLAR LİQASI 10 Sentyabr 2026 / 00:05 414
-  A +

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Mançester Yunayted” qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.

QOL.az "Azərtac"a istinadən xəbər verir ki, o, bunu  İngiltərədə keçiriləcək sözügedən matçdan öncə mətbuat konfransında deyib.

“2002-ci ildə buraya gəlmişdim və məşqçilik sahəsində ilk işim “Manchester United Soccer School”da olmuşdu. “Manchester United Soccer School” “Old Trafford”da yerləşmirdi, ancaq ad və loqo eyni idi. Bununla qürur duyuram və indi Çempionlar Liqasında baş məşqçi kimi Mançesterə qayıdıb oynamaq mənim üçün çox xoşdur”, – deyə o bildirib.

Baş məşqçi “Sabah” klubunun gənc komanda olduğunu da vurğulayıb. O qeyd edib ki, sentyabrın 8-də komanda Mançesterə yola düşərkən klubun yaranmasının ildönümü idi. “Klubumuz 2017-ci il sentyabrın 8-də yaradılıb. Dünən təyyarəyə minəndə məhz klubun ad günü idi və biz bunu qeyd etdik”, – deyə baş məşqçi bildirib.

Onun sözlərinə görə, həm klub, həm də özü üçün Çempionlar Liqasının əsas mərhələsində debüt etmək xüsusi hadisədir: “Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə iştirak etmək bizim üçün möhtəşəmdir. Üstəlik, “Mançester Yunayted”ə qarşı oynamaq bu qarşılaşmaya əlavə simvolik məna verir. Biz məhz belə möhtəşəm bir gecəni səbirsizliklə gözləyirik”, – deyə mütəxəssis əlavə edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner