“Minsk”in qapıçısı: “AZAL bizim imkan verdiyimiz qədər oynadı”

“Minsk”in qapıçısı: “AZAL bizim imkan verdiyimiz qədər oynadı”
ÖLKƏ FUTBOLU 5 İyul 2011 / 17:30 2071
-  A +

"Bakıdakı oyunda AZAL əla təsir bağışladı. Onlar bizim imkan verdiyimiz qədər oynadılar". Qol.Az-ın Belorusiyanın “Sportpanorama” qəzetinə istinadən məlumatına görə, bu sözləri “Minsk”in qapıçısı Simas Skinderis deyib.

Belorus təmsilçisinin qolkiperi doğma meydanda AZAL-a Bakıdakı kimi rahat oynamağa imkan verməyəcəklərini bildirib:

“Mən belə düşünürəm ki, AZAL Minskdə Bakıdakı matçda göstərdiyi oyundan artığını göstərə bilməyəcək. Çünki biz buna imkan verməyəcəyik. Çünki rəqibi bizim üçün doğma və tanış olan stadionda qəbul edəcəyik”.

AZAL-ın azarkeşlərindən də danışan Skinderis həmin oyunda azərbaycanlı fanatlara fikir vermədiyini söyləyib: “AZAL-ı dəstəkləmək üçün stadiona çox sayda azarkeş toplaşmışdı. Oyun ərzində yorulmadan doğma komandalarını dəstəklədilər. Ancaq mən onlara fikir vermirdim. Yalnız az sayda olan yerli azarkeşlərimizi görüb, onların səsini eşidirdim”.

Daha çox


Son xəbərlər