Avstriyada təlim-məşq toplanışını davam etdirən Bakının "Neftçi" klubu bu gün növbəti yoxlama oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, "flaqman" bu dəfə son Çexiya çempionu "Viktoriya" ilə qarşılaşıb. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Çexlər oyunun son dəqiqəsində vurulan qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, bu "Neftçi"nin Avstriyada dördüncü yoxlama görüşü olub. İlk oyunda Ukraynanın "Metallurq" (Zaporojye) klubuna 3:0 hesabı ilə qalib gələn "Neftçi" daha sonra Albaniya çempionu "Skenderbeu" ilə 1:1-lik heç-heçə oynamışdı.
Son görüşündə Rumıniyanın "Timişoara" klubu ilə qarşılaşan "Neftçi" rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.
5 iyul
19:00. "Neftçi" - "Viktoriya" - 0:1
"Neftçi": Saşa Stamenkoviç, Rail Məlikov (k) (Ruslan Əmircanov, 10), Denis Silva, İqor Mitreski, Alessandro Viana da Silva (Tərlan Quliyev, 61), Ruslan Abışov (Elmar Baxşiyev, 72), Slavço Georgievski, Rodriqinyo (Mirhüseyn Seyidov, 64),, Rəşad Abdullayev (Cavid İmamverdiyev, 58), Flavinyo (Cavid Hüseynov, 53), Emil Mpenza (Bahadır Nəsimov, 53)
1-ci dəq. "Viktoriya"nın futbolçusunun uzaq məsafədən qüvvətli zərbəsinin qarşısını Saşa Stamenkoviç çətinliklə aldı.
5. Ruslan Abışovun cərimə zərbəsindən vurduğu zərbənin qarşısını rəqib qolkiper çətinliklə aldı.
12. Rəşad Abdullayevin sağ cinahdan zərbəsi təhlükəli alınsa da, qapıçı topu tutdu.
17. Flavinyo iki futbolçudan sıyrılıb, gözəl zərbə endirsə də, top qapının üstündən keçdi.
20. Mpenza Əmircanova gözəl ötürmə verdi. Lakin Ruslanın zərbəsindən sonra top qapı dirəyinin lap yanından keçdi.
30. "Viktoriya"dan təhlükəli hücum. Amma top Mitreskiyə dəyərək meydandan çıxır.
38. "Neftçi"nin təhlükəli hücumunun qarşısını rəqib müdafiəçilər alırlar.
42. Mpenzanın yerinə yetirdiyi təhlüklə cərimə zərbəsindən sonra top qapının üstündən keçdi.
İlk hissə başa çatdı.
İkinci hissə başladı
48. Stamenkoviç rəqib futbolçunun başla zərbəsindən sonra topu tutdu
50. "Viktoriya" ikinci hissəyə hücumlarla başlayıb. "Neftçi"nin serb qolkiperi daha bir dəfə komandamızı qoldan xilas etdi.
55. Flavinyo Mpenzanı qapıçıyla təkbətəkə çıxarsa da, sonuncu ofsayda düşür.
60. Flavinyo və Mpenzanı Cavid Hüseynovla Bahadır Nəsimov əvəzləyir.
Arif Əsadov əsas heyətdə xeyli dəşiyiklik edib.
Oyun qarşılıqlı mübarizə şəraitində keçsə də, təhlükəli vəziyyətlər qeydə alınmır.
73. Elmar Baxşiyev oyuna girər-girməz qapıya zərbə endirdi. Lakin qolkiper topu tutdu.
80. İmamverdiyevin zərbəsi təhlükəli alınsa da, qeyri-dəqiq oldu.
86. "Viktoriya" təhlükəli hücum təşkil edir, qüvvətli zərbənin qarşısını Saşa Stamenkoviç ala bilir.
90. Oyunun son dəqiqəsində çexlər hesabı açır - 0:1
Oyun başa çatdı
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video