Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov yeni klubu "Volqa"nın tərkibində Avstriyada təlim-məşq toplanışında iştirak edəcək. Qol.Az-ın məlumatına görə, Cavadov komandasının düşərgəsinə qoşulmazdan əvvəl Rusiyanın "Sport-Ekspress" qəzetinə müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Vaqif, siz artıq Avstriya təlim-məşq toplanışına qoşulmusunuz?
- Xeyr. Şəxsi işlərimə görə Bakıdayam və hələlik bir neçə gün gecikirəm.
- Siz karyeranıza MOİK-də başlasanız da, Rusiyada möhkəmlənə bilmədiniz. Səbəb nə idi?
- Möhnəmlənə bilmədim? Mən belə deməzdim. Mən iki əvəzedici heyətdə oynadım, Vaqner Lav, Karyalyo, Oliç və Jonun ulduzunun parladığı əsas komandaya düşmək şansım isə yox idi. Buna görə də vətənə qayıtmağı qərara aldım. Vaxt itirmək istəmirdim. Hesab edirəm ki, bu, doğru qərar idi. Mən burada yeniyetmə futbolundan böyüklərin futboluna qədəm qoydum, təcrübə topladım. Bundan əlavə, Azərbaycanda oynayanda həmişə millinin məşqçi heyətinin nəzarətində olmuşam.
- Azərbaycan mətbuatı sizin millinin baş məşqçisi Berti Foqtsla münaqişəli vəziyyətdə olduğunuz yazıb.
- Mənim məşqçi ilə münaqişəm olsaydı, necə millinin əsas heyətində bir çox oyunda meydana çıxardım? Bu, yalandır. Mən heç vaxt məşqçiylə münaqişəyə girmərəm.
- Azərbaycan millisinin heyətində Almaniya və Rusiya yığmasına qol vurmusan. Onlardan hansı sənin üçün daha yaddaqalan olub?
- Qolları müqayisə etmək çətindir. Rusiyaya çox vacib qol vurdum, bu da bizim heç-heçə etməyimizə kömək oldu. Əlbəttə, almanlara qol vurmaq gözəl idi, lakin həmin oyunda biz böyük hesabla uduzduq.
- Hollandiya «Tvente»sinin diqqət mərkəzinə «Qarabağ»dakı oyununuza görə düşmüşdünüz?
- Bəli. Transfer təşəbbüsü onların o vaxtkı baş məşqçisi Stiv Maklarendən gəlmişdi.
- Bəs, nəyə görə sizə orada oynamağa şans vermədilər?
- Mən yeni komandamla məşq edir və orada debüt etməyə hazırlaşırdım, lakin zədələnməyim buna mane oldu. Əməliyyat olundum, bərpa prosesi isə uzun çəkdi - dörd ay. Bu müddətdə «Tvente» çempion oldu, sonra Maklaren komandadan ayrıldı. Sonra mən heyətə qayıtdım, Avstriyadakı turnirdə iştirak etdim. Lakin ayağımın zədəli olması öz sözünü deyirdi. Mən evə qayıtmaq qərarına gəldim. «Bakı» komandasına minnətdaram ki, uzun fasilədən sonra mənə özümü göstərmək üçün şans verdi.
- Nijni Novqoroda gəlməyiniz hansı istiqamətə doğru addımdır? Məsələn, Dmitri Bulkin deyir ki, Rusiyadan gələn təklif hətta müzakirə belə olunmur, Balaj Djudjak isə əksinə, böyük məmnuniyyətlə «Anji»də oynamaq təklifini qəbul etdi.
- Mən Dmitriyə hörmət edirəm, amma hesab edirəm ki, o, bir qədər düzgün danışmır. Rusiya Premyer Liqası Hollandiyanın yüksək dəstəsindən güclüdür. Hollandiyada çempionluğa iki-üç komanda oynayır, Rusiyada isə altı-yeddi. Burada oyunçuların səviyyəsi də yüksəkdir.
- «Volqa» hazırda 12-ci yerdədir…
- Komanda yaxşı başlamışdı, sonradan uğursuzluq zolağına düşdü. Debütantlarda belə şeylər tez-tez olur. Amma mən inanıram ki, yuxarı qalxa biləcəyik. Hazırda klub özünəməxsus yerdə deyil.
- Oyunda hansı komponentlərə görə özünü daha arxayın hiss edirsiniz?
- Ayaqla çox yaxşı oynayıram. Hər halda "Qafqaz məktəbi" sözünü deyir. Ayaqla çox işləyirik. Başımla da bir neçə qol vurmuşam, amma deməzdim ki, bu, mənim üstün tərəfimdir.
- Hücumda hansı sxem üzrə oynamağı xoşlayırsan?
- «Qarabağ»da mən hücumun sol cinahında oynayırdım. Millidə isə ortada da çıxış edirdim. Hər şey məşqçidən asılıdır.
- Sizin üçün bir hücumçu olaraq nümunə kimdir?
- Çox rahat qol vuran, cinahdan top alıb mərkəzə girməyi bacaran Anri və Del Pyero.
- «Volqa»da hansı nömrəni seçəcəksiniz? Sizin sevimli 7 nömrəniz artıq Tursonov tərəfindən «tutulub».
- Yəqin ki, 77 nömrəni seçəcəyəm.
"Traktor"dan daha bir kubok
Ronaldo Corcinaya evlilik təklif etdi - Şəkil
"Sumqayıt" braziliyalı futbolçu transfer etdi
"Sabah" - "Levski" oyununa nə qədər bilet satılıb?
"Qarabağ"la ilk görüşdə istədiyimiz səviyyədə oynaya bilmədik" - "Şkendiya"nın futbolçusu
İtaliya millisinin üzvü "Atletiko"da
"Qəbələ" nigeriyalı oyunçu aldı - Rəsmi
İki qardaş eyni gündə Azərbaycan klublarına transfer olundu
Adı “Qarabağ”la hallanan Klovis transfer olunacaqmı?
“Bir hücumçu gətirməklə dayanmayacağıq” - Qurban Qurbanov
Millimizin sabiq üzvü bu kluba keçdi
Mikelsin digər qardaşı da Azərbaycana gəldi - Rəsmi
"Bavariya"dan Səudiyyə Ərəbistanı klubuna
“Yuventus”un sabiq futbolçusu "Milan"da
“Zirə” - “Araz Naxçıvan” oyununun vaxtı dəyişdirildi
"Murad Musayev "Sabah"ı dəyişdi" - Aleksey Baqa
QOL.az daha əlçatan oldu!