"Neftçi" - "Araz-Naxçıvan" matçında 4 qol - Yenilənir

"Neftçi" - "Araz-Naxçıvan" matçında 4 qol - Yenilənir
PREMYER LİQA 23 Avqust 2026 / 21:47 8603
-  A +

Bu gün Misli Premyer Liqasında ikinci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, əvvəlcə "Turan Tovuz" "Şamaxı"nı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb.

Digər görüşdə isə "Neftçi" doğma meydanda  "Araz-Naxçıvan"la qarşılaşır.

23 avqust (bazar)

Misli Premyer Liqası, 2-ci tur

20:45.“Neftçi” – “Araz-Naxçıvan” - 4:0 (İkinci hissə)

Qol: Breno Almeyda, 14, 17, Falaye Sako, 35, İqor Ribeyro, 41
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
“Palms Sports Arena” 20:45

18:30.“Turan Tovuz” – “Şamaxı” - 0:0
Hakimlər:
Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli 
AVAR: Zeynal Zeynalov
Tovuz şəhər stadionu

22 avqust

“Zirə” - “İmişli” - 3:1

“Qəbələ” - “Şəfa” - 0:1

Qeyd edək ki,  2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner