“Real” İbraima Konateni yeni transferi kimi təqdim edib.
QOL.az xəbər verir ki, fransalı müdafiəçi “Liverpul”la müqaviləsinin başa çatmasından sonra azad agent kimi Madrid klubuna keçib.
Konate təqdimat mərasimində “Real”a keçidin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Bu, mənim üçün çox şey ifadə edir. İlk futbol formam böyük qardaşımın mənə hədiyyə etdiyi “Real” forması olub. O vaxtdan bu möhtəşəm komandada oynamağı arzulamışam. Bu gün isə həmin arzum gerçəkləşib. “Real”ın hər futbolçusundan böyük gözləntiləri olduğunu bilirəm. Mən bu komanda üçün mübarizə aparmağa, meydanda və meydandan kənarda əlimdən gələni etməyə hazıram. “Real”ın tarixinin bir parçası olmaq, titullar qazanmaq və komanda ilə Çempionlar Liqasını əldə etmək istəyirəm. Bu forma üçün əlimdən gələni edəcəyimə söz verirəm”.
Qeyd edək ki, Konate “Liverpul”un heyətində 2022-ci ildə Çempionlar Liqasının finalında məhz “Real”a qarşı oynayıb. Həmin görüşdə Madrid təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
La Liqada 400-cü oyun
Simiç tarixə belə düşdü
Avropa Liqasında 12 oyun
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil