Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli məlum olub.
QOL.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar 22 və 23 avqust tarixlərində keçiriləcək.
Qeyd edək ki, ölkəmizi müvafiq olaraq UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
22 avqust (şənbə)
“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 18:30
“Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu, 20:45
23 avqust (bazar)
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”, 20:45
Zubirdən vida mesajı
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi