Almaniya millisinin hücumçusu "Ştutqart"da

Almaniya millisinin hücumçusu "Ştutqart"da
DÜNYA FUTBOLU 11 Avqust 2026 / 14:12 405
-  A +

Almaniyanın “Ştutqart” klubu “Volfsburq”un hücumçusu Cenan Peyçinoviçi transfer edib.

QOL.az Bundesliqa təmsilçisinin mətbuat xidmətinnə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayınadək  müqavilə imzalanıb.

Peyçinoviç 2025/2026 mövsümündə keçirdiyi 34 matçda 12 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı Almaniyanın gənclər yığmasının futbolçusunun dəyərini 15 milyon avro qiymətləndirir.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner