Serxi Roberto MLS klubunda

Serxi Roberto MLS klubunda
DÜNYA FUTBOLU 9 Avqust 2026 / 01:00 156
-  A +

İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Serxi Roberto "Los-Anceles Qalaksi"yə transfer olunub.

QOL.az xəbər verir ki, bu haqda klubu mətbuat xidmət məlumat yayıb. 34 yaşlı futbolçu ABŞ klubuna azad agent statusunda keçib. O, daha əvvəl İtaliya "Komo"sunda çıxış edib.

Roberto uzun illər "Barselona"nın formasını geyinib. O, Kataloniya klubunda 351 oyuna çıxıb, 19 qol vurub və 6 İspaniya Kuboku, 7 La Liqa, 3 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, həmçinin Klublararası Dünya Kuboku və UEFA Superkubokunu qazanıb.

İspaniyalı futbolçu karyerasını bundan sonra MLS-də davam etdirəcək.


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

08.08.26  16:14

Ferran Torres PSJ-də

08.08.26  10:49

Kurtua qayıdır

topaz banner