Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzatmasının səbəblərindən danışıb.
QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi əsas məqsədinin "rossonerilər"lə birgə titul qazanmaq olduğunu deyib:
"Ən böyük arzum həmişə "Milan"la titul qazanmaq olub. Mən bu kluba əylənmək üçün yox, uğur qazanmaq üçün gəlmişəm. Məqsədim "Milan"la Skudetto və ya başqa bir kubokun qalibi olmaqdır. Mənim missiyam budur.
Müqaviləni uzatmaqla bağlı heç vaxt tərəddüd etmədim. Bunu hələ dekabrda da edə bilərdim. Amma bədənimin necə reaksiya verəcəyini, futbola olan həvəsimin və qətiyyətimin qalıb-qalmayacağını görmək istədim".
Qeyd edək ki, Modriç ötən mövsüm "Milan"ın heyətində 37 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı