“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə

“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
PREMYER LİQA 7 Noyabr 2026 / 20:28 8700
-  A +

Misli Premyer Liqasında 11-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

“Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşün 16:00-da başlaması planlaşdırılsa da, "Araz-Naxçıvan"ın tıxacda qalması səbəbindən oyun saat 16:15-də start götürüb.

Günün digər matçında isə “Zirə” “Qəbələ” ilə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

7 noyabr (şənbə)

18:30. “Zirə” - “Qəbələ” - 2:1

Qol: Davit Volkov, 11 (1:0), İsmael Akinade, 14 (1:1), Kris Diqbeu, 89 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov, Kamranbəy Rəhimov (VAR), Şirmamed Mamedov (AVAR)
Zirə İdman Kompleksinin stadionu

16:15. “Şəfa” - “Araz-Naxçıvan” - 2:2 

Qollar: Bafode Dansoko, 6 (1:0), Ağadadaş Salyanskiy, 35 (1:1), Arsen Ağcabəyov, 39 (2:1), Mohamed Mara, 43 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev, Emin Əliyev (VAR), Elşad Abdullayev (AVAR)
“SOCAR Polymer Arena”

8 noyabr (bazar)

“İmişli” - “Sumqayıt”

“Sabah” - “Şamaxı”

6 noyabr (cümə)

“Qarabağ” - “Turan Tovuz” - 0:1

“Neftçi” - “Kəpəz” - 1:0

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner