Aziz Yıldırım Bakıda - Şəkillər

Aziz Yıldırım Bakıda - Şəkillər
XƏBƏR 3 Avqust 2026 / 12:02 3569
-  A +

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.

QOL.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.

Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.


Qarabağ FK
Son xəbərlər
topaz banner