"Volfsburq"dan "Roma"ya - Rəsmi

"Volfsburq"dan "Roma"ya - Rəsmi
DÜNYA FUTBOLU 2 Avqust 2026 / 00:56 497
-  A +

"Roma" Almaniyanın "Volfsburq" klubundan Konstantinos Kulierakisin transferini açıqlayıb.

QOL.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu A Seriyasında 33 nömrəli formanı geyinəcək.

İtaliya mətbuatının məlumatına görə, transfer qiyməti 15 milyon avrodur. Yunan mərkəz müdafiəçisinə əvvəllər "Yuventus", "Benfika", "Kristal Palas", "Koventri" və "Hall Siti" də maraq göstərib.

"Roma" daha əvvəl "Bolonya"dan hücumçu Santyaqo Kastro ilə müqavilə imzalamışdı. "Volfsburq" ötən mövsümün sonunda Almaniya Bundesliqasından aşağı liqaya düşüb.


Son xəbərlər
01.08.26  11:00

"Monako"dan PSJ-yə

31.07.26  21:19

Qəbələdə 4 qol

topaz banner