"Çelsi" Fransa millisinin müdafiəçisini transfer etdi

"Çelsi" Fransa millisinin müdafiəçisini transfer etdi
XƏBƏR 30 İyul 2026 / 15:58 714
-  A +

"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirib.

QOL.az xəbər verir ki, London klubu "Kristal Pelas"ın və Fransa millisinin futbolçusu Maksans Lakruanın transferini rəsmən açıqlayıb.

26 yaşlı müdafiəçi ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. O, 2026/2027 mövsümü öncəsi komandaya qoşulacaq.

Lakrua ötən mövsüm "Kristal Pelas"ın heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 3 matçda forma geyinib. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.


Son xəbərlər
topaz banner