Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp ilk mətbuat konfransında mühüm mesajlar verib.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis artıq ona etimad göstərilmədiyi təqdirdə heç bir təzminat tələb etmədən vəzifəsindən ayrılacağını bildirib.
“Almaniya millisini çalışdırmaq mənim üçün böyük şərəfdir və buna görə yaxşı maaş alıram. Amma məni istəmədiyinizi dediyiniz gün heç bir təzminat almadan gedəcəyəm. DFB (Almaniya Futbol İttifaqı - red.) “belə davam edə bilmərik” desə, ayrılaram”, - deyə Klopp bildirib.
O, ailəsinin şəxsi həyatına hörmət edilməsinin vacibliyini də vurğulayıb: “Əgər uyğun olmayan davranışlar olsa və ailəmi rahat buraxmasanız, bunu açıq deyirəm, o zaman da gedəcəyəm”.
Klopp tənqidlərə açıq olduğunu, ancaq onların yalnız işi ilə bağlı olmasını istədiyini söyləyib: “Məndən istədiyim tək şey odur ki, işim alınanda və ya alınmayanda məni buna görə qiymətləndirin. Hər şey yaxşı gedəndə məni həddindən artıq tərifləməyə ehtiyac yoxdur. Alınmayan məsələlər üzərində işləməkdən məmnun olaram”.
Alman mütəxəssis xəbərlərdə sürətdən çox dəqiqliyin önəmli olduğunu da qeyd edib: “Xəbər hazırlayarkən sürətli olmaqdan daha çox doğru olmağa üstünlük verməyimiz faydalı olar”.
Klopp bu vəzifəni şəxsi məqsədləri üçün qəbul etmədiyini vurğulayıb: “Bu işi özüm üçün yox, sizin üçün qəbul etmişəm”.
O, özündən əvvəl Almaniya millisini çalışdıran Yulian Nagelsmann və İngiltərədə Tomas Tuhelə münasibəti gördüyünü, buna baxmayaraq, bu vəzifəni qəbul etdiyini deyib: “Yulian Nagelsmanna, Tomas Tuhelə necə davrandığınızı görməyimə baxmayaraq, bu işi qəbul edirəm”.
"Qəbələ" "Şəfa"ya qarşı
"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu
İtaliya millisi Pirloya tapşırıldı
Rodri əməliyyat olunacaq
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
Ceyhun Nuriyevin yeni klubu
Buffon İtaliya millisinə qayıtmaqdan imtina etdi
De Yonq Niderland millisinii günahlandırır
Van Bommelin təyinatı açıqlandı
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
"İmişli"dən ayrılan futbolçu "Xankəndi"də
Klopp debütünü Niderlanda qarşı edəcək
"Monako"nun futbolçusu "Nyukasl"a keçdi
Per Mertezaker Almaniya millisində - Rəsmi
"Zirə"dən ayrılan hücumçu bu kluba keçdi
Yurgen Klopp rəsmən Almaniya millisində! - Yenilənib
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Qvardiola İtaliya millisinə "yox" dedi
Argentina millisi ilə vidalaşdı
"Payde"nin kapitanı "Zirə" ilə oyundan danışdı
"Arsenal" yeni formasını təqdim etdi - Şəkil
Futbolun ən gözəl tərəfi - Masazırdan reportaj
"Cavab oyununda bəzi şeyləri dəyişməliyik" - Mateuş Koxalski
"Beşiktaş"ın qələbəsi - Video
Millinin baş məşqçisi ilə bağlı qərar verildi
"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" - Joni Montiel
De Yonq uzun müddət oynamayacaq
Vüsal KL matçında oynadı, komandası qalib gəldi
"Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
I Liqa klubu anqolalını transfer etdi
"Qarabağ"ın potensial rəqiblərinin oyununda darmadağın
Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”
Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurdu - Video
"Qarabağ" - SSKA oyunu heç-heçə yekunlaşdı
"Zirə" "Payde"yə uduzdu
"Milan"ın Modriç qərarı - Rəsmi