“Qarabağ”ın yarımmüdafiəçisi Joni Montiel UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya SSKA-sına qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Görüşün çətin keçəcəyini gözləyirdik. Belə də oldu. SSKA bərk komandadır. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oyun sərgilədik. Hər şey cavab matçında həll olunacaq.
- Demək olar ki, SSKA gözlədiyinizdən daha çətin rəqib idi?
- Bu mərhələdə bütün rəqiblər güclüdür. Bu onun göstəricisidir ki, öz liqalarında yaxşı oynayıblar, yer tutublar, Avropaya vəsiqə qazanıblar.
- Cavab matçından gözləntiləriniz nədir?
- Səfərdə komandamızı çətin qarşılaşma gözləyir. Lakin düşünürəm ki, bizdən də çox şey asılıdır.
- Meydana çıxanda azarkeşlər sizə güclü dəstək verdilər. Bunu gözləyirdiniz?
- Əslində yox. Mənim üçün də gözlənilməz oldu. Burada olduğum müddətdə özümə, ailəmə qarşı hər zaman isti münasibət görmüşəm. Dəfələrlə demişəm ki, “Qarabağ”da xoşbəxtəm. Gələcəkdə də komandanın uğuru üçün əlimdən gələni edəcəm.
- İlk mərhələdə adınız sifariş vərəqəsinə daxil edilməmişdi. Bundan sonra müxtəlif xəbərlər yayıldı...
- Həqiqətən də bu müddət ərzində çox xoşagəlməz xəbərlər yayıldı. Onların heç biri həqiqətə uyğun deyildi. Xüsusən də nizam-intizama riayət etmədiyim barədə deyilənlər yalandır. Belə xəbərlərin yayılması həm mənə, həm də ailəmə pis təsir edir. İndiyə qədər heç bir klubda nizam-intizamla bağlı problemim olmayıb. İlk mərhələdə adımın sifariş vərəqəsinə daxil edilməməsi məşqçinin qərarıdır. Komandada futbolçu çoxdur. Hamı özünü göstərmək istəyir. Lakin kimin heyətə layiq olduğunu baş məşqçi daha yaxşı bilir.
- Demək olar ki, hazırda ötən mövsüm yığdığınız formadan bir qədər uzaqsınız?
- Hazırda fiziki vəziyyətimi yaxşılaşdırmalıyam. Ötən mövsümün sonunda zədə aldım, əməliyyat olundum. Bu səbəbdən də yayda hazırlıqlara bir qədər gec qoşuldum. Formamı bərpa etmək üçün davamlı oynamaq lazımdır. Hazırda zamana ehtiyac duyuram.
- “Qarabağ” yayda xeyli transfer reallaşdırdı. Əsas heyətdəki yerinizi itirməkdən qorxmursunuz?
- Çox oyunçunun heyətə cəlb olunması komandanın xeyrinədir. Nə qədər çox rəqabət olarsa, bu, bir o qədər yaxşıdır. İşimiz məşqlərdə özümüzü yaxşı tərəfdən göstərməkdir. Artıq baş məşqçi düşünməli və qərar verməlidir ki, kimi oynadacaq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri