“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovun QOL.az saytına müsahibəsi
- Yoxlama oyununda “İmişli” ilə bərabərə qaldınız. 2:2-lik heç-heçəni necə şərh edərdiniz?
- Hər hissədə fərqli heyətə şans verdik. Məşqlərə gec başladığımız üçün futbolçular hələ ki yükləmələr altında oynayırlar. Hava isti olduğu üçün oyunçular matçda çox əziyyət çəkdilər. Xüsusən də ilk hissədə oynayanlar. Taktiki baxımdan üzərində daha çox işləməli olduğumuz məqamlar var. Bu oyunlar da məhz həmin çatışmazlıqları görmək üçündür. Çatışmayan cəhətlər çoxdur. Çempionatın startına qədər bunları aradan qaldırmalıyıq.
- Çatışmayan cəhətlər deyəndə konkret nələri nəzərdə tutursunuz?
- Taktiki planda. Bu uşaqlar daha əvvəl başqa oyunun planında oynayıblar. Lakin mənim tələblərim başqadır. Buna görə də əməlli-başlı fərqlilik var. Ona görə də yoxlama oyunlarına çox ehtiyacımız var ki, futbolçular istəklərimizi daha yaxşı başa düşsünlər və meydanda dəqiq yerinə yetirsinlər.
- Transferlər başa çatıb, yoxsa hələ axtarışlarınız davam edir?
- Tam olaraq başa çatmayıb. Bir mövqe var ki, ora futbolçuya ehtiyacımız var.
- Yəqin ki, müdafiə xəttini nəzərdə tutursunuz...
- Elədir. Amma alınıb-alınmayacağını indi dəqiq deyə bilməyəcəm. İstəyimiz odur ki, daha bir transfer reallaşdıraq.
- “Araz-Naxçıvan”ın qarşıdakı mövsümdə hədəfi nə olacaq?
- Hədəf yaxşı komanda formalaşdırmaqdır. Bacardığımız qədər irəli getmək istəyirik. Üst pillələr üçün oynayacağıq.
- Komanda ev oyunlarını Qəbələdə keçirəcək. Bu məqam işinizi nə dərəcədə çətinləşdirəcək?
- Əslində nə Bakıda, nə də Qəbələdə oynamaq istərdik. Təbii ki, rəqiblərimizi Naxçıvanda qəbul edə bilsəydik, daha yaxşı olardı. Lakin təəssüf ki, bizdən asılı olmayan səbəblərdən bu, alınmır. Hazırda Azərbaycanda stadion çatışmazlığı var. Buna görə ev oyunlarımızı Qəbələdə keçirəcəyik.
- Yəqin ki, komanda Qəbələyə yalnız oyundan oyuna gedəcək...
- Bəli, hər dəfə oyundan bir gün əvvəl Qəbələyə gedəcəyik. Orada məskunlaşa bilmərik.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri