"Messinin turnirlə vidalaşmasını istəmədilər" - Misirin baş məşqçisi

"Messinin turnirlə vidalaşmasını istəmədilər" - Misirin baş məşqçisi
DÇ-2026 8 İyul 2026 / 00:56 858
-  A +

"Həyat ədalətsizdir. Dünya ədalətsizdir. Yaxşı, bəs niyə idmanda ədalət yoxdur? Bu nəticədən və bu matçda hadisələrin necə inkişaf etməsindən razı deyiləm".

QOL.az xəbər verir ki, bu sözləri Misir millisinin baş məşqçisi Husam Hasan DÇ-2026-nın 1/8 finalında Argentinaya məğlubiyyətdən sonra mətbuat konfransında deyib.

O, görüşün baş hakimi Fransua Leteksenin idarəçiliyini kəskin tənqid edib: "Hakim ədalətsizdir, O, bütün bir millətin səyini boşa çıxardı. Kubok Argentinaya yönəldilib. Biz nə hörmət, nə də ədalətli oyun gördük. Penalti ləğv edildi və bizim üçün penalti kimi qiymətləndirilməli olan ikinci epizod VAR tərəfindən belə yoxlanılmadı. İkinci qolumuz nədənsə ləğv edildi. Görünür, bu nəticəyə səbəb olan hakimə qarşı Argentina tərəfində təzyiq olub. Dünya çempionatı marketinq sektoruna çevrilib. Messinin turnirlə vidalaşmasını istəmədilər. Bu gün meydanda ədalət yox idi". 

H.Hasan qeyd edib ki, bu gündən etibarən dünya çempionatının heç bir oyununu izləməyəcək: "Bu, bu gün yaşadığımız ədalətsizliyə qarşı bir etirazdır. Oyunçularımı ürəkdən təbrik edirəm. Onlar milli qəhrəmanlardır"

Xatırladaq ki, oyunda Misir millisi 2:0 öndə olsa da, Argentina 3 qol vuraraq qələbə qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner