"Almaniya millisində işləməyə hazıram” - Klopp

"Almaniya millisində işləməyə hazıram” - Klopp
XƏBƏR 4 İyul 2026 / 15:06 437
-  A +

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya futbolunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, bu barədə "MagentaTV" kanalına açıqlamasında danışıb.

"Alman futbolu yol ayrıcındadır. İndi biz əsaslı dəyişikliklər etməliyik. Bu islahatları sonda mən həyata keçirəcəyəm, yoxsa başqası - bunun fərqi yoxdur. Əsas odur ki, dəyişikliklər zəruridir" - deyə Klopp bildirib.

Yulian Naqelsmandan sonra millinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Yurgen Kloppun adı hallanır. DÇ-2026-nı MagentaTV üçün şərh edən təcrübəli məşqçi milli komandanı çalışdırmağa hazır olduğunu bildirib.

“Hazırda zaman ideal deyil, çünki hələ də “Zalsburq Red Bull”la müqaviləm var. Amma buna baxmayaraq, əvvəlkindən daha yaxşı vəziyyətdəyəm. Özümü tam enerji dolu hiss edirəm. Yəni hazıram. Ciddi danışıqlar aparılmalıdır. Hazırda yaşanan problemlər Yulian Naqelsmanla bağlı deyil”, - deyə Klopp bildirib.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-da çıxışını 1/16 final mərhələsində başa vurub. Komanda Paraqvaya əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner