Məşhur futbolçu 41 yaşında karyerasını başa vurdu

Məşhur futbolçu 41 yaşında karyerasını başa vurdu
DÜNYA FUTBOLU 2 İyul 2026 / 16:24 677
-  A +

Tanınmış ispaniyalı yarımmüdafiəçi Santi Kasorla peşəkar futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə 41 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib. O yazıb: 

"Elə hekayələr var ki, onlar bitmir. Əbədi qalırlar. Hər şey üçün təşəkkür edirəm".

Santi Kasorlanın son klubu "Real Oviedo" olub. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm La Liqada 28 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

Kasorla karyerası ərzində "Arsenal", "Vilyarreal", "Malaqa" və Qətərin "Əl-Sədd" klublarında da çıxış edib. O, İspaniya millisinin heyətində 2 dəfə Avropa çempionu olub. Bundan əlavə, "Arsenal"la iki dəfə İngiltərə Kubokunu və İngiltərə Superkubokunu qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner