"Nə etməli olduğumuzu bilirik"

"Nə etməli olduğumuzu bilirik"
DÜNYA FUTBOLU 22 İyun 2026 / 18:42 523
-  A +

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya Yeni Zelandiya ilə oyundan əvvəl iddialı açıqlama verib.

QOL.az xəbər verir ki, "Actu Foot" nəşrinin məlumatına görə, mütəxəssis komandasının qələbə qazanacağına inandığını bildirib.

"Mən öz komandama inanıram! Pley-offa çıxmaq üçün nə etməli olduğumuzu bilirik. Biz Yeni Zelandiyaya qalib gələcəyik".

Qeyd edək ki, qarşılaşma iyunun 27-si, Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

Xatırladaq ki, hazırkı vəziyyətə əsasən, Belçika seçməsi aktivindəki 2 xalla G qrupunun turnir cədvəlində 3-cü yeri tutur. İlk iki pillədə müvafiq olaraq Misir və İran yığmaları qərarlaşıb. Yeni Zelandiya millisi isə dördlüyü tamamlayır.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner