Kavani ilə müqavilə ləğv edildi

Kavani ilə müqavilə ləğv edildi
DÜNYA FUTBOLU 19 İyun 2026 / 19:48 3221
-  A +

Edinson Kavani Argentinanın "Boka Xuniors" klubundan ayrılıb.

QOL.az L'Équipe nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Kavani zədələr səbəbindən 2026-cı ildə "Boka Xuniors"da cəmi 2 rəsmi oyunda meydana çıxıb.

Təcrübli forvardın hələlik karyerasını bitirmək barədə düşünmədiyi bildirilir.

Qeyd edək ki, E.Kavani 2023-cü ildən "Boka Xuniors"un formasını geyinirdi. Uruqvay millisinin sabiq üzvü "Palermo", "Napoli", PSJ, "Mançester Yunayted" və "Valensiya"da da oynayıb.


Son xəbərlər
05.08.26  12:44

"Napoli"dən "Bayer"ə

topaz banner