“Yaxşı oyun alındı. Xüsusən birinci hissə çox yaxşı çıxış etdik. Qol imkanlarından istifadə edə bilmirdik. Məncə, məşqçinin istədiyi sistemi az da olsa, reallaşdıra bilirik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mustafa Əhmədzadə Misli Premyer Liqasının 32-ci turunda “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, “Araz-Naxçıvan”ın 6 turdan sonra qələbə qazanmasına belə münasibət bildirib: “Məncə, öz oyun tərzimizdə oynamağa, baş məşqçinin istədiyi kimi futbol nümayiş etdirməyə çalışırdıq. Amma tam alındıra bilmirdik. Düzdür, fürsətlərimiz olurdu, dəyərləndirə bilmirdik. Futbolda olur belə hallar. Bəzən alınır, bəzən yox”.
“Yeni mövsümdə daha güclü “Araz-Naxçıvan” görə biləcəyik?” sualını yarımmüdafiəçi belə cavablandırıb: “Bu barədə danışmaq tezdir. Hələ mövsüm bitməyib, qarşıda bir oyunumuz var. İnanıram ki, yaxşı olar”.
Əhmədzadə gələcək karyerasından da söz açıb: “Araz-Naxçıvan”la hələ bir illik müaviləm var. Gələcəkdə necə olacağını zaman göstərəcək”.
Keyndən yeni rekord
"Real" onu göndərir
“Əl-Nəsr”dən ayrılır
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
Kot-d'İvuar millisinin DÇ-2026 heyəti
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
"Qəbələ"nin geridönüşü - Video
"Daha çox qol vura bilərdik" - Kaxaber Sxadadze
Noyer daha 2 il "Bavariya"da
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər