"Barcelona"nın polşalı hücumçusu Robert Levandovski mövsümün sonunda komandadan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə Polşanın “Meczyki” nəşri məlumat yayıb.
Həmçinin oxuyun: "Əl-Hilal" Levandovskiyə sərvət təklif etdi
Mənbənin iddiasına görə, 37 yaşlı futbolçu mayın 17-də "Betis"lə keçiriləcək La Liqanın 37-ci tur oyununda - mövsümün son ev matçında azarkeşlərlə vidalaşacaq.
Bildirilir ki, Levandovskinin karyerasını davam etdirmək üçün əsas variantı Səudiyyə Ərəbistanıdır. Futbolçu üçün saat qurşağı, Avropaya yaxınlıq və iqlim amilləri önəm daşıyır. ABŞ təmsilçisi "Mikaqo Fayr" da hücumçu ilə maraqlansa da, bu variant prioritet hesab edilmir.
Bundan başqa, Portuqaliyanın "Porto" klubu da polyak forvardı transfer etmək istəyib. Lakin Levandovskinin hazırda daha çox Yaxın Şərq variantına üstünlük verdiyi vurğulanıb.
Qeyd olunub ki, “Barselona” təcrübəli hücumçuya yeni müqavilə təklif etsə də, futbolçu komandadakı rolunun əvvəlki qədər vacib olmadığını düşünərək təklifi qəbul etməyib.
Xatırladaq ki, Robert Levandovski 2022-ci ildən “Barselona”nın formasını geyinir. Onun kataloniya klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 43 matçda meydana çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar