Nəriman oynadı, komandası uduzdu

Nəriman oynadı, komandası uduzdu
XƏBƏR 14 May 2026 / 08:55 1627
-  A +

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, sözügedən komanda 13-cü turda səfərdə “Nyu York Red Bullz” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç rəqibin qələbəsi ilə başa çatıb – 3:2. “Kolumbus Kryu”nun qollarını Maks Arfsten (22) və Dieqo Rossi (64) vurub. 

Nəriman isə 85-ci dəqiqədə - oyunda bütün qollar vurulandan sonra meydana daxil olub.

“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner