"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 31-ci turunda "Zirə" ilə heç-heçə etməkləri (0:0) barədə danışıb.
QOL.az xəbər verir ki, müstəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında məqsədlərinə çatdıqlarını deyib:
"Oyundan sonra görüşmədiyim üçün Rəşad Sadıqovdan üzr istəyirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə yaxşı oynadıq. Rəqibdən daha çox qol şansları yaratdıq. İkinci yarıda sa rəqabətli oyun gedirdi. Son 20 dəqiqədə "Zirə" daha fəal idi. Buna görə də müdafiə olunduq. Məncə, heç-heçə ədalətli nəticədir. Bu mövsüm "Zirə"yə məğlub olmadıq. Vacib məsələ odur ki, "İmişli" öz məqsədinə nail olub. Oyunçularımı təbrik edirəm. Hər matçda mübarizə aparıblar. "Zirə"yə ölkə kubokunun finalında uğurlar arzulayıram".
O, "Ev oyunlarınızı başqa stadionda keçirsəydiniz, "İmişli" daha yuxarı pillələrdə ola bilərdi" sualını belə cavablayıb: "Bilmirəm. Bizim meydanımız buradır, burada oynamalıyıq. Əlimizdən gələni etdik".
Sonda J.Kaşkilyaya komandadan ayrılacağına və klub rəhbərliyinin növbəti mövsüm üçün ispaniyalı məşqçi ilə anlaşdığıa dair yayılan xəbərlər haqda sual ünvanlanıb. Lakin o, sualı cavablandırmaq istəməyib.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video