“Turan Tovuz”la hər iki oyunumuz çox maraqlı alındı. İlk görüşdə 2:0 qələbə qazansaq da, bilirdik ki, cütün taleyi cavab matçında bəlli olacaq”.
Bu sözləri QOL.az-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev deyib.
Təcrübəli müdafiəçi“Turan Tovuz”la onları Azərbaycan kubokunun finalına yüksəldən mübarizədən danışıb: “Turan Tovuz” da çox istəkli idi. Erkən qol varmağa çalışdılar. Biz də həmin vaxt çox diqqətli oidik, bilirdik ki, bu komanda standart vəziyyətlərdə və əks hücumlarda çox təhlükəlidir. Şükürlər olsun ki, nəticə istədiyimiz kimi alındı və finala çıxa bildik”.
“Zirə”nin kubokun finalındakı rəqibi isə yarımfinalda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Sabah”dır. Q.Alıyev onlar üçün finaldakı rəqibin fərqi olmadığını bildirib: “Son illərin çempionu “Qarabağ”dır. Bu il isə “Sabah” istər oyun, istərsə də nəticə baxımından çox yaxşı komandadır. Məncə, rəqiblərin fərqi yoxdur. Çünki bir oyundan ibarət olan finaldır. Həmin görüşdə kim diqqətli, daha istəkli olsa, qalib gələcək. Biz indidən final haqda düşünmürük. Bilirik ki, qarşıdan çox çətin çempionat oyunlarımız gəlir. "Torun Tovuzl"a çox vacib oyunumuz olacaq. Ümumilikdə beş çempionat matçımız var. Məqsəd ən azından olduğumuz mövqeyi qoruyub, bacardığımız qədər mövsümü üst pillələrdə başa vurmaqdır”.
“Sabah”la final matçı “Zirə” üçün turnirdəki 3-cü həlledici oyundur. Digər iki finalda uduzan paytaxt təmsilçisinin bu dəfə titul qazanmaq şansı necədir? Kapitan bunun üçün çox çalışdıqlarını qeyd edib: “Bəli, iki dəfə finalda oynamışıq. Hər ikisində “Qarabağ”la qarılaşmışıq və uduzmuşuq. Bu dəfə “Qarabağ” yoxdur. Bacardığımız qədər çalışacağıq ki, finalda qalib gəlib “Zirə” ailəsini sevindirək”.
Mövsümün sonunda “Zirə” ilə müqaviləsi başa çatacaq Q.Alıyev klubu ilə ilkin danışıqlarının olduğunu da deyib: “İndi fikrimi ancaq çempionat oyunlarına yönəltmişəm. İstədiyimiz nəticəni qazanıb daha sonra bu barədə danışmaq olar. Bəli, aramızda danışıq olub, Mövsümün qalan oyunlarından sonra klubla daha rahat danışa biləcəyik”.
Ramiq Ağaməmmədov
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır