ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı

ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
DÜNYA FUTBOLU 26 Mart 2026 / 17:00 408
-  A +

Fransa Liqa 1-in 29-cu turunun "Lans" - PSJ və "Brest" - "Strasburq" matçları təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

Qərar PSJ və "Strasburq"un avrokubok oyunlarına yaxşı hazırlaşmaq üçün etdiyi müraciətdən sonra verilib. Paris təmsilçisinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"la aprelin 8 və 14-də oyunları var.

"Strasburq" isə UEFA Konfrans Liqasının 1/4 finalında "Maynts"la aprelin 9 və 16-da üz-üzə gələcək. Təxirə salınmış hər iki matç13 may tarixində keçiriləcək.


Son xəbərlər
topaz banner