"Bəzi oyunçularımız Əvəzedici Liqada oynayır. Bizim üçün çətin olan budur. Bəziləri isə 1-ci liqa və Premyer Liqada. Biz fiziki baxımdan necə balans tapaq ki, hamı eyni kondisiyada olsun".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov Avro-2027-nin seçmə mərhələsində sabah Bakıda Portuqaliya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, bildirib ki, güclü Portuqaliya yığması qarşısına psixoloji cəhətdən də hazır çıxmaq lazımdır: "Fiziki baxımdan bu oyuna tam hazırıq. İkinci məsələ, taktiki məsələdir. Bu baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Bircə qalır, mental məsələ. Bu da futbolçuların özlərindən asılıdır. Mən daim futbolçulara deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır. Həmişə səmimiyəm. Deyə bilərəm ki, bizim əsas məqsədimiz oyunçularımızı A milliyə hazırlamaqdır. Çünki bura U-21 yığmasıdır. Çox vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar. Fərqi yoxdur, biz Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa milliyə. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz".
Baş məşqçi son vaxlar yaxşı formada olan U-21 millisinin üzvü Xəyal Əliyevin əsas yığmaya cəlb olunmasına da münasibət bildirib: "Prioritet əsas millidir. Biz də oyunçuları ora üçün hazırlayırıq. Əlbəttə ki, Xəyal bizim üçün çox önəmli futbolçudur. Görürsünüz ki, bizdə hücumda bəzi problemlər var idi. Ağadadaş Salyanski çox az oynayır. Bəzi oyunçuları başqa mövqelərdə oynatmaq məcburiyyətindəyik".
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında