“Difai” ev oyunlarını Bakıda keçirəcək

“Difai” ev oyunlarını Bakıda keçirəcək
ÖLKƏ FUTBOLU 17 Mart 2026 / 17:54 287
-  A +

Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Difai” klubu ev oyunlarını Bakıda keçirəcək.

QOL.az xəbər verir ki, klubun rəqiblərini qəbul etdiyi Ağsu şəhər stadionu təmirə bağlanıb.

Bununla əlaqədar “Difai” ev qarşılaşmalarını Buzovna qəsəbə stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət edib.

 “Baku Sportinq” klubunun razılıq məktubu və stadiondan istifadə ilə bağlı ikitərəfli müqaviləni əsas götürən Peşəkar Futbol Liqası “Difai”nin I Liqanın 21-ci turundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Buzovna qəsəbə stadionunda keçirməsinə qərar verib.

Daha çox


Son xəbərlər
topaz banner