“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran

“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
ÖLKƏ FUTBOLU 15 Mart 2026 / 11:14 1646
-  A +

“Qarabağ”ın hücumçusu Kamilo Duranın QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə”ni 3:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, “Zirə” ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizi çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik. 

- Meydana çıxarkən artıq əsas rəqibiniz “Sabah”ın qələbə qazandığını bilirdiniz. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmırdı?

- Yox, biz hər oyuna 3 xal qazanmaq məqsədi ilə çıxırıq. Bu matç da istisna olmadı. Ümumi vəziyyətdən asılı olmayaraq hədəf qalib gəlmək idi. Buna da nail olduq. 

- Növbəti turda ikinci dövrədə məğlub olduğunuz “Kəpəz”lə qarşılaşacaqsınız...

- Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə mütləq 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik. 

- Gələn ay “Sabah”la 3 oyun keçirəcəksiniz. Bu mənada apreldəki qarşılaşmaları həm çempionluq, həm də kubok baxımından “Qarabağ” üçün həlledici saymaq mümkündür?

- Məncə, hə, hardasa belə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda “Sabah” üzərində qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq. 

- Bu günlərdə Kolumbiya millisindən dəvət aldınız. Bu təklifi gözləyirdinizmi?

- Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar. 

Daha çox


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner