Artıq vaxtı uzada bilməyəcəklər - FİFA-dan radikal dəyişiklik

Artıq vaxtı uzada bilməyəcəklər - FİFA-dan radikal dəyişiklik
DÇ-2026 13 Mart 2026 / 13:30 852
-  A +

FİFA 2026-cı il Dünya Kubokunda rəsmi olaraq tətbiq ediləcək futbol qaydalarına bir sıra inqilabi dəyişiklikləri təsdiqləyib.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, bu islahatların əsas məqsədi oyunun tempini kəskin şəkildə sürətləndirmək və vaxtı qəsdən gecikdirmək taktikasını tamamilə aradan qaldırmaqdır.

Komandaları daha dinamik oynamağa məcbur etmək üçün futbol rəsmiləri matç zamanı sərt vaxt məhdudiyyətləri və yeni cəzalar tətbiq ediləcək. 4 əsas dəyişiklik bunlardır:

1. Sərt əvəzetmə limiti (10 saniyəlik qayda): Əvəz edilən oyunçunun meydanı tərk etməsi üçün tam 10 saniyəsi olacaq. Əgər futbolçu bu limiti aşarsa, onu əvəz edən oyunçu meydanın xaricində 1 dəqiqə gözləməli olacaq. Bu o deməkdir ki, qayda pozan komanda az sayda oyunçu ilə tam 1 dəqiqə oynayacaq. 

2. Topun oyuna daxil edilməsi və qapıdan zərbə üçün 5 saniyəlik qayda: Oyunçulara topu oyuna daxil etmək və ya qapıdan zərbə üçün 5 saniyəlik vaxt veriləcək. Top vaxtında oyuna qaytarılmasa, topa sahiblik avtomatik olaraq rəqib komandaya veriləcək. 

3. Tibbi vaxt : Meydanda birbaşa tibbi yardım alan oyunçular meydanı tərk etməlidirlər. Oyun davam etdikdən sonra, yalnız 1 dəqiqəlik gözləmə müddətindən sonra meydana qayıtmağa icazə veriləcək. 

4. VAR səlahiyyətlərinin genişləndirilməsi: Video köməkçi hakim sistemi matçın gedişatına daha çox təsir göstərəcək. VAR hakimləri artıq ikinci sarı vərəqələrin (qovulma ilə nəticələnən) epizodlarını, eləcə də əsas hakim açıq-aşkar səhv edibsə, künc zərbəsi qərarlarını nəzərdən keçirmək hüququna malik olacaqlar.

Bu radikal addımlar bir çox komandanın taktiki yanaşmasını dəyişdirməsinə və DÇ-2026-nın turnir tarixində ən gərginlərdən birinə çevrilməsinə şərait yaratacaq.

Daha çox


Son xəbərlər
topaz banner