"Bursaspor"un prezidentinə həbs qərarı

"Bursaspor"un prezidentinə həbs qərarı
DÜNYA FUTBOLU 17 İyun 2011 / 00:01 2751
-  A +

Türkiyənin "Bursaspor" klubunun prezidenti İbrahim Yazıcı və nazir Faruk Çelikin qardaşı, bir müddət öncə klubda I vitse-prezident kimi çalışmış Osman Çelik barədə həbs qətimkan tədbiri seçilib. Qol.Az-ın məlumatına görə, hər iki şəxsin ölkəni tərk etməsinə qadağa qoyulub.

Onların Bursanın Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri çərçivəsində həbslərinə qərar verilib. Hələlik Yazıcını tutmaq mümkün olmayıb. Hazırda polis klub prezidentinin həbsinə çalışır.

Əməliyyat tədbirləri çərçivəsində "Bursaspor"un daha 5 əməkdaşı saxlanılıb. Onlar "Cinayət məqsədilə qruplaşma yaratma", "Fırıldaqçılıq" kimi ittihamlarla ifadə veribər. 

Son xəbərlər