Afrika Millətlər Kubokunun həlledici oyunu ərəfəsində gərginlik yaşanıb. Finalda meydan sahibi Mərakeşlə qarşılaşacaq Seneqal millisi təşkilatçılardan narazı qalıb.
QOL.az "New York Times"a istinadən xəbər verir ki, Seneqal Futbol Federasiyası Afrika Futbol Konfederasiyasına (CAF) rəsmi şikayət ünvanlayıb.
Millinin narazılığına səbəb final matçı üçün onların azarkeşlərinə ayrılan bilet sayının azlığı olub. Məlumata görə, həlledici görüşün keçiriləcəyi "Şahzadə Mula Abdulla" stadionu 69 500 tamaşaçı tutumuna malik olsa da, seneqallı azarkeşlər üçün 3 mindən az bilet ayrılıb.
Xatırladaq ki, Seneqal yarımfinalda Sadio Manenin qolu ilə Misiri 1:0 hesabı ilə məğlub edib. Mərakeş isə Nigeriya səddini penaltilər seriyasında (əsas vaxt 0:0, penaltilər 4:2) keçib.
Qeyd edək ki, final qarşılaşması bu gün, yanvarın 18-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər