Almaniya 2-ci Bundesliqasında ikinci dövrəyə start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" 18-ci turda doğma meydanda "Hannover"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
İlk hissəsi qolsuz bitən matçın ikinci yarısında hesab açılsa da, oyunun ssenarisi sonradan tamamilə dəyişib. 67-ci dəqiqədə Enso Leopold qonaqları önə çıxarıb. Lakin 74-cü dəqiqədə İvan Prtajin tarazlığı bərpa edib.
Qoldan az sonra "Hannover"in futbolçusu Vaniss Taibi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Say üstünlüyünü ələ keçirən "Kayzerslautern" bundan məharətlə istifadə edib. Əlavə vaxtda - 90+2-ci dəqiqədə Semih Şahin və 90+5-ci dəqiqədə Naatan Skytta fərqlənərək komandalarına qələbə qazandırıblar.
Qeyd edək ki, zədəli olan Mahir Emreli bu görüşdə iştirak etməyib. Bu qələbə ilə xallarını artıran "Kayzerslautern" turnir cədvəlində "Hannover"i geridə qoyub.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər