"Tottenhem" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Ben Devis sol topuğundan ağır zədə alıb. Klubun yaydığı məlumata görə, 32 yaşlı futbolçu Premyer Liqada "Vest Hem"ə məğlub olduqları (1:2) görüşdə sıradan çıxıb. Futbolçu əməliyyat olunacağı üçün bu mövsüm meydana çıxması gözlənilmir.
Qeyd edək ki, bu zədə Uels millisi üçün də böyük itki hesab olunur. Belə ki, yığma martın sonunda DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında Bosniya və Herseqovina ilə həlledici görüşə çıxacaq. Bu fonda millinin müdafiəçisi komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, "Vest Hem"lə derbi Devisin bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı cəmi beşinci oyun idi. ESPN-in məlumatına görə, "Tottenhem"in baş məşqçisi Tomas Frank Çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə qarşılaşmada ümumilikdə 15 futbolçusunun xidmətindən məhrum ola bilər.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer