Afrika Millətlər Kubokunun final oyununda qalmaqal yaşanıb. Seneqal millisinin baş məşqçisi Pap Tiyav Mərkakeşlə qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə etiraz edərək komandanı meydandan çıxarıb.
QOL.az xəbər verir ki, əvvəlcə matçın 90+2-ci dəqiqəsində seneqallıların vurduğu qol qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub.
Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Yaranmış gərgin vəziyyətdə Seneqal millisinin lideri Sadio Mane komandaya müdaxilə edərək oyunun davam etdirilməsinə nail olub. O, paltardəyişmə otağına qaçaraq komanda yoldaşlarını geri qaytara bilib.
Bundan sonra Seneqal yığması meydana qayıdıb. Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal millisinin qapıçısı Eduar Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.
Qeyd edək ki, oyunu Konqo Demokratik Respublikasından olan baş hakim Jan-Jak Ndala Nqambo idarə edir.
PSJ-dən “Liverpul”a
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov
“İlk oyundan bizim üçün böyük siqnal oldu” - Qurban Qurbanov
Bəhlul 6 aydan sonra meydana qayıtdı - Video
“Qarabağ” mövsümə qələbə ilə start verdi
Messinin komandası hakimin cəzalandırılmasını tələb edir
“Real”ın yetirməsindən rekord transfer
"Bavariya" səhmlərini satışa çıxarır
Neymar yeni qaydanın tətbiq olunduğu ilk futbolçu oldu
İnfantinonun yenidən seçilməsinə etiraz etdilər
"Qarabağ" - "Şamaxı": Heyətlər
Arda Turan bombalar altında yaşadıqlarını danışır - Video
Luis Enrike: “Gördüklərimdən razıyam, nəticədən yox”
İtaliya klubunun futbolçusu xəstəxanalıq oldu
"Qarabağ"da şok itki
Buskets “Barselona”ya məşqçi kimi qayıtdı
"Yuventus"dan yeni transfer
Azərbaycan millisi Belarusa uduzdu
"Sumqayıt"ın xəsarət alan futbolçusu əməliyyat olundu
"İmişli"də ayrılıq
“Sabahın Ulduzları”: "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
“Qarabağ”ın yenilənən meydançasının son durumu - Video