Çempionlar Liqasının finalı yenidən "Uembli"də

Çempionlar Liqasının finalı yenidən "Uembli"də
DÜNYA FUTBOLU 16 İyun 2011 / 23:20 3303
-  A +

UEFA İcraiyyə Komitəsi 2012-2013-cü il mövsümündə Avropa kuboklarının final matçlarının keçiriləcəyi məkanları müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, qurumun toplantısı bu gün İsveçrənin Nyon şəhərində baş tutub.

Qərara alınıb ki, Çempionlar Liqasının finalı yenə İngiltərənin paytaxtı bu il olduğu kimi, Londondakı "Uembli" stadionunda keçirilsin. Buna səbəb 2013-cü ildə İngiltərə Futbol Assosiasiyasının 150 illik yubileyinin qeyd olunmasıdır. UEFA son zamanlar FİFA rəhbərliyi ilə konfliktdə olan futbolun yaradıcılarına jest etməyi məqsədəuyğun sayıb.

Avropa Liqasının finalı Hollandiyanın paytaxtındakı "Amsterdam-Arena"ya təyin olunub. UEFA Superkuboku uğrunda görüş isə Monakoda deyil, Çexiyanın paytaxtı Praqada keçiriləcək. 

Qeyd edək ki, 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının finalı Almaniyanın Münhen, Avroliqanın həlledici görüşü isə Rumıniyanın Buxarest şəhərində oynanılacaq.  

Son xəbərlər