Mixael Ballak karyerasını başa vurdu

Mixael Ballak karyerasını başa vurdu
DÜNYA FUTBOLU 16 İyun 2011 / 21:06 2694
-  A +

Almaniyanın "Bayer" klubunun futbolçusu Mixael Ballak ölkə yığmasındakı karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, Almaniya Futbol Federasiyası Bundestimin uzun illər kapitanı olmuş Ballakın bir daha milliyə çağırılmayacağını bəyan edib. 

Bu barədə qərarı 34 yaşlı yarımmüdafiəçinin özü ilə görüşdən sonra baş məşqçi Yoahim Löv qəbul edib. Çoxsaylı zədələr üzündən Ballak 2010-cu il dünya çempionatını buraxmalı olub. Löv bildirib ki, son zamanlar yığma üçün gənc və perspektivli futbolçular yetişib. O, AÇ-2012-yə bir il qalmış ədalətli nəticə çıxarmağın vaxtının çatdığını açıqlayıb. 

Qeyd edək ki, Mixael Ballak Almaniya millisində 98 görüş keçirib. Onun vida matçı avqustun 10-da Braziliya ilə yoldaşlıq görüşünə təsadüf edə bilər.  

Son xəbərlər