3 qol buraxdı, 17-ci dəqiqədə əvəzləndi - ÇL-də uğursuz debüt

3 qol buraxdı, 17-ci dəqiqədə əvəzləndi - ÇL-də uğursuz debüt
ÇEMPİONLAR LİQASI 11 Mart 2026 / 13:01 1183
-  A +

"Tottenhem”in 22 yaşlı qapıçısı Antonin Kinski dünən UEFA Çempionlar Liqasında debüt edib.

QOL.az xəbər verir ki, mötəbər yarışdakı ilk oyunu çex futbolçu üçün uğursuz alınıb. O, "Atletiko" Madridə qarşı səfər matçının (2:5) əvvəllərində - 6-15-ci dəqiqələrdə düz 3 qol buraxıb, 17-ci dəqiqədə isə artıq əvəzlənməli olub. 

London təmsilçisinin baş məşqçisi İqor Tudor oyundan sonra keçirilən mətbuat konfransında Antonin Kinski barədə danışıb:

“Kinskini start heyətdə oynatmaq düzgün qərar idi, o, istedadlı qapıçıdır. Amma nəsə baş verdi... 15 illik məşqçilik karyeram ərzində belə hal çox nadir hallarda olub. Mən demək olar ki, heç vaxt belə addım atmamışam. Ona, komandaya kömək etmək lazım idi. Bu mövsüm sanki hər şey “Tottenhem”in əleyhinə gedir”.

Tudor bildirib ki, oyundan sonra futbolçusu ilə danışıb: “Mən Toniyə onun yaxşı qapıçı olduğunu izah etdim. Təəssüf ki, bu səhvlər belə vacib matçda baş verdi. O, komandadan üzr istədi. Komanda da, mən də onu dəstəkləyirik. Onunla danışdım. Toni vəziyyəti və niyə meydanı tərk etdiyini anlayır”.

Foto: Reuters

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

topaz banner