"Turan Tovuz"dan "Kəpəz"ə 2-ci qol - Yenilənir

"Turan Tovuz"dan "Kəpəz"ə 2-ci qol - Yenilənir
ÖLKƏ FUTBOLU 5 Mart 2026 / 15:45 3200
-  A +

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub. Bununla da son 2 yarımfinalçının adına aydınlıq gələcək.

Hazırda "Kəpəz" "Turan Tovuz"u qəbul edir. Oyun saat 14:30-da başlayıb. Bu komandalar arasında ilk görüşdə Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cütün üstün tərəfi yarımfinalda "Zirə"yə rəqib olacaq.

Digər matçda "Qəbələ" evdə "Sabah"la qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

5 mart (cümə axşamı)

14:30. “Kəpəz” – “Turan Tovuz” - 0:2 (İkinci hissə)

Qol: X.Silva, 13, Hayderson Hurtado, 51
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Yevlax şəhər stadionu
İlk oyun - 0:1

18:00. “Qəbələ” – “Sabah”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0

3 mart (çərşənbə axşamı)

“Zirə” - “Sumqayıt” - 2:0 (İlk oyun - 0:0)

4 mart (çərşənbə)

“Qarabağ” -  “Şamaxı” - 3:1 (İlk oyun - 1:2)

Yarımfinal

"Zirə" - “Turan Tovuz”/“Kəpəz”

"Qarabağ" - “Qəbələ”/“Sabah”

Daha çox


Son xəbərlər
topaz banner