"Fənərbaxça" Tuncayı qaytarır

"Fənərbaxça" Tuncayı qaytarır
DÜNYA FUTBOLU 16 İyun 2011 / 06:48 2516
-  A +

Almaniyanın "Volfsburq" komandasında çıxış edən Tuncay Şanlı ilə Türkiyənin "Fənərbaxça" klubu ciddi maraqlanır. Qol.Az-ın "Kicker" dərgisinə istinadən xəbərinə görə, bu transfer hər an reallaşa bilər.

"Volfsburq"un baş məşqçisi Feliks Maqat Tuncayı növbəti mövsüm üçün heyətdə saxlamağı düşünmür. "Fənər" rəhbərliyi isə 29 yaşlı hücumçunu yenidən heyətə qatmaq istəyirlər. Almaniya klubu rəsmilərinin bu təklifə müsbət yanaşdıqları bildirilir.

Qeyd edək ki, Tuncay Şanlı 2002 - 2007-ci illərdə "Fənərbaxça"da oynayıb.

Son xəbərlər