"Zenit" Bakıdakı rekordunu 28 il sonra təzələdi

"Zenit" Bakıdakı rekordunu 28 il sonra təzələdi
DÜNYA FUTBOLU 16 İyun 2011 / 00:01 3313
-  A +

Rusiya Premyer Liqasının 13-cü turunda "Zenit"in yarımmüdafiəçisi Aleksey İonov "Rostov"un qapısına 12-ci saniyədə qol vurub. Qol.Az-ın məlumatına görə, İonov bununla yeni klub rekordu müəyyənləşdirib. 

O, Sankt-Peterburq komandası tarixində ən sürətli qolun müəllifi olub. İonov "Zenit"in ilk hücumundaca topu mərkəz xəttindəki Danko Lazoviçdən alıb və tora göndərib. Hesabı açmaq üçün piterli futbolçulara cəmi 4 ötürmə lazım gəlib. 

"Zenit"in saytı maraqlı statistikaya müraciət edib. Məlum olub ki, klubun əvvəlki sürətli qol rekordu Yuri Gerasimov tərəfindən 26 avqust 1983-cü ildə Bakıda müəyyənləşdirilib. Həmin vaxt Gerasimov "Neftçi"nin qapısına 20-ci saniyədə yol tapıb. 

Rusiya çempionatları tarixində ən sürətli qol isə 4 avqust 1999-cu ildə vurulub: "Şinnik"in futbolçusu Aleksey Bıçkov "Rotor"la görüşün 9-cu saniyəsində hesabı açıb. 

Qeyd edək ki, "Zenit" "Rostov"u darmadağın edib - 4:0.
 

Son xəbərlər