"Resurslarımız limitlidir, amma məqsədimiz dəyişmir" - Jorj Kaşkilya

"Resurslarımız limitlidir, amma məqsədimiz dəyişmir" - Jorj Kaşkilya
ÖLKƏ FUTBOLU 1 Mart 2026 / 19:06 417
-  A +

"İmişli" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Turan Tovuz" ilə qolsuz heç-heçəyə razılaşıb.

QOL.az xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis güclü rəqibə qarşı nümayiş olunan taktiki intizamdan razı qaldığını vurğulayıb:

"Futbolçularımı təbrik edirəm, taktiki cəhətdən yüksək səviyyədə çıxış etdik. "Turan Tovuz" son matçlarda ardıcıl qələbələr qazanmışdı və psixoloji üstünlüyə malik idi. Rəqib fiziki cəhətdən bizdən daha güclü olsa da, oyun quruluşunda yarımmüdafiə xəttimiz onların qarşısını ala bildi. Xüsusilə ikinci hissədə təcrübəli mərkəz müdafiəçilərinə qarşı mübarizə aparmaq çətin idi, lakin əlimizdən gələni etdik. Meydana qələbə üçün çıxsaq da, oyunun gedişatını nəzərə alsaq, heç-heçə bizim üçün pozitiv nəticədir".

J.Kaşkilya komandanın uzun müddətdir qələbə qazana bilməməsinin (12-ci turdan bəri) səbəblərinə və heyətlə bağlı çətinliklərə də aydınlıq gətirib:

"Resursları limitli olan komanda üçün çətindir. "Karvan-Yevlax" və "Araz-Naxçıvan" kimi rəqiblərlə matçlarda bəxt amili bizdən üz döndərdi və qələbəni son anda əldən verdik. Bununla yanaşı, son 8 oyunun yalnız ikisində - "Qəbələ" və "Qarabağ" kimi nəhəng rəqiblərə uduzmuşuq. Hazırda 10-cu pillədəki rəqibimizdən 5 xal öndəyik. Bu, ideal mövqe olmasa da, məqsədlərimizə uyğun irəliləyirik".

Məşqçi mövsümün qalan hissəsinin ağır keçəcəyini proqnozlaşdırıb:

"Qarşıdakı son 11 oyun bizim üçün çox çətin olacaq, əziyyət çəkəcəyik. Amma buna hazırıq. Əsas ümidimiz odur ki, zədəli oyunçularımızın sayı artmasın. Bu tilsimi qırmaq və yenidən qələbə qazanmaq üçün hər matça maksimum motivasiya ilə çıxacağıq".

Daha çox


Son xəbərlər
topaz banner