Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis üstün oyun nümayiş etdirmələrinə baxmayaraq nəticənin qənaətbəxş olmadığını vurğulayıb:
"Bu gün kifayət qədər qol imkanlarımız olsa da, təəssüf ki, onlardan istifadə edə bilmədik. Rəqib bütün oyun boyu qapımıza bircə dəfə də olsun zərbə vura bilmədi. Lakin biz bu gün meydanda iki xal itirdik".
K.Berdiyev yeni transferlər Coş Ginelli və İbrahima Vadjinin komandaya adaptasiyası və qarşıdakı gərgin qrafik barədə sualları da cavablandırıb:
"Onların komandaya maksimum xeyir verməsi üçün məşqlərdə ciddi çalışırıq. İnanıram ki, yaxın oyunlarda bu problemi tamamilə aradan qaldıracağıq. Futbolçularımın fiziki vəziyyəti hazırda qaneedicidir. Həm kubokda "Kəpəz", həm də çempionatda "Neftçi" ilə oyunlara hazırlaşacağıq".
Baş məşqçi həmçinin Aleks Souzanın komandadan ayrılması ilə bağlı qəti mövqeyini bildirib:
"Souzanı mövsümün sonuna qədər saxlamaq barədə düşünmürük. Bu məsələdə haqlı olaraq belə qərar vermişik və bu mövqeyimiz dəyişməzdir".
Bəhluldan yeni xəbər
ETOPAZ 14 yaşında
Yamaldan tarixi rekord
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi
Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi
Qəbələdə vurulan 2 qol - Video
Vaxt itkisinə yol verən komanda azlıqda qalacaq - Yeni qayda
"Bu gün bəxt bizdən üz döndərmişdi" - Kaxaber Sxadadze
"Beşiktaş"dan derbi öncəsi minimal hesablı qələbə
"Heç bir məşqçi belə tapşırıq verməz" - Fizuli Məmmədov
Azərbaycan cüdoçusu Özbəkistanda çempion oldu
VAR artıq ikinci sarı vərəqələrə də müdaxilə edəcək
Şamaxıda və Qəbələdə heç-heçə
Reşford "Barselona"da maaşının azaldılmasına razılaşdı
"Qəbələ"nin futbolçusu mükafatlandırıldı
Dramatik oyunda vurulan 4 qol - Video