"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlməkləri haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə oyun haqda ümumi fikirlərini bölüşüb:
"Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşırdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Qarşıda bizi "Sumqayıt"la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlıqlarına başlayacağıq".
O, "Sumqayıt" son zamanlar "qara zolaq"dadır. Demək olar ki, avrokuboklara vəsiqə uğrunda mübarizə apardığınız rəqiblərdən biri artıq sıradan çıxır" sualına belə cavab verib: "Qətiyyən bu fikirlə razı deyiləm. "Kəpəz"lə oyuna baxırdım. "Sumqayıt" qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə olaraq "Kəpəz" əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. "Sumqayıt"ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmalıyıq ki, sonda istədiyimiz nəticəyə çata bilək".
Baş məşqçi "Sumqayıt" çempionatdakı xal itkilərindən sonra diqqəti kuboka yönəldəcək. Bu amil "Zirə"nin işini çətinləşdirməyəcəkmi" sualın da cavanlandırıb: "Biz də başa düşürük ki, kubokda daha istəkli olacaqlar. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə "Sumqayıt"ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tez bir zamanda bərpa olmalıyıq".
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi
"Fənərbaxça"dan böyükhesablı qələbə
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı