"Yuventus"un futbolçusu Ueston Makkenni 2020-ci ildə Almaniya klubundan "Yuventus"a transfer olunsa da, Turində özünü təsdiq etməkdə çətinlik çəkirdi. ABŞ millisinin üzvü İtaliyadakı karyerası ərzində əsas heyətə düşmək üçün mübarizə aparıb, 2023-cü ildə isə "Lids"də uğursuz icarə dövrü keçirib. Lakin İtaliyaya qayıtdıqdan sonra o, karyerasını yenidən canlandırmağı bacarıb.
QOL.az xəbər verir ki, "TuttoJuve" nəşrinin yaydığı məlumata görə, 27 yaşlı futbolçu universal keyfiyyətləri ilə diqqət çəkir. Müdafiənin cinahlarında oynamasına baxmayaraq son vaxtlar doqquz nömrə mövqeyində özünü tapıb. Yonatan Davidin yoxluğunda komandaya böyük fayda verən Makkenni cari mövsüm A Seriyasında artıq 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
ABŞ millisinin sabiq baş məşqçisi Qreq Berhalter Makkenninin "Yuventus"la yeni və daha gəlirli müqavilə imzalayacağı barədə xəbərlərə münasibət bildirib:
"Bu, məni heç də təəccübləndirmir. Ueston çətinlikləri dəf etməyi bacaran döyüşçü xarakterli oyunçudur. O, son illərdə daha da yetkinləşib və fərqli mövqelərdə komandaya təsir etmək gücündədir".
Qeyd edək ki, "Yuventus" üçün mövsüm olduqca çətin keçir. Turin təmsilçisi Çempionlar Liqasından "Qalatasaray" tərəfindən kənarlaşdırıldıqdan sonra indi diqqətini daxili çempionata yönəldib. Hazırda A Seriyasında 6-cı pillədə qərarlaşan "qoca sinyora" dördüncü yerdəki "Roma"dan 4 xal geri qalır. Komanda bazar günü Gian Pyero Qasperinin rəhbərlik etdiyi "Roma" ilə qarşılaşaraq fərqi azaltmağa çalışacaq.
Fabinyo “Trabzonspor”da
Debüt oyununda zədələndi
39-cu qapıçı
Salahın dublu - Video
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı