"Terek" rəhbərliyi Qulliti qovdu

"Terek" rəhbərliyi Qulliti qovdu
DÜNYA FUTBOLU 14 İyun 2011 / 22:09 2664
-  A +

Rusiyanın "Terek" klubunun rəhbərliyi vədinə əməl edib. Qol.Az-ın məlumatına görə, klubun və Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rud Qulliti baş məşqçi postundan kənarlaşdırıb.

Hollandiyalı mütəxəssislə 2011-2012-ci il mövsümünün sonunadək olan müqavilə pozulub. Qullitə bu gün keçirilmiş Rusiya Premyer Liqası matçında "Amkar"ı səfərdə yenmək barədə ultimatum verilib. Lakin görüş "Terek"in məğlubiyyəti ilə yekunlaşıb. Yeganə topu 90-cı dəqiqədə Sergey Omelyançuk öz qapısına vurub.

Son xəbərlər