İngiltərənin "Nottinqem Forest" klubunun yeni baş məşqçisi bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda portuqaliyalı mütəxəssis Vitor Pereyraya tapşırılıb.
57 yaşlı çalışdırıcı ilə 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Pereyra bu mövsüm komandanın baş məşqçisi vəzifəsinə gətirilən dördüncü mütəxəssisdir. Ondan əvvəl komandanı Nunu Eşpirutu Santu, Angel Postekoqlu və Şon Dayç çalışdırıb.
Xatırladaq ki, təcrübəli mütəxəssis daha əvvəl İngiltərədə "Vulverhempton"u çalışdırıb və noyabr ayında həmin klubdan ayrılıb.
Hazırda "Nottinqem Forest" Premyer Liqada 17-ci pillədə qərarlaşıb və təhlükəli zonadan cəmi 3 xal irəlidədir.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər